×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Zirə” doğma meydanda “Qəbələ”ni məğlub edib

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Rəhim Sadıxov, Rafael Utziq, Ceyhun Nuriyev və Fuad Bayramov vurublar.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Tura bu gün baş tutacaq “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Matç 20:00-da start götürəcək.

İdman 2024-04-07 18:42:00