×
A
A
A
Sazlamalar

Çində EH216-S uçan taksiləri üçün istehsal sertifikatı verilib VİDEO


Pekin, 8 aprel, AZƏRTAC
Çin Mülki Aviasiya Administrasiyası EH216-S sərnişin daşıyan pilotsuz uçuş aparatlarının – uçan taksilərinin kütləvi istehsalına və istismarına yol açan istehsal sertifikatı verib.
AZƏRTAC xəbər verir ki, bu, dünyada uçan taksilər üçün verilmiş ilk istehsal sertifikatıdır.
Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin “EHang” şirkətinin hazırladığı EH216-S uçan taksiləri 16 elektrik mühərriki ilə təmin olunub. İki sərnişin tutan bu dronlar yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti 21 dəqiqədir. İstehsalçının rəyinə görə, taksi həmin müddətdə 35 kilometr məsafə qət edə bilər.
“Ehang” şirkəti EH216-S taksiləri üçün keçən il standartlaşma və uçuşa yararlılıq sertifikatları da əldə edib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya 2024-04-08 14:55:00

Video