×
A
A
A
Sazlamalar

Finlandiya Prezidenti: Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanıdır

Bakı, 8 aprel, AZƏRTAC

Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə siyasi dialoq hələ mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Alexander Stubb CNN telekanalına müsahibəsində bildirib.
“Hazırda bizim Rusiya ilə heç bir siyasi dialoqumuz yoxdur. Düşünmürəm ki, bizim dialoqumuz ola bilər və ya olmalıdır”, - deyə dövlət başçısı qeyd edib.
Bununla yanaşı, Stubb birtərəfli qaydada sülhə nail olmağın mümkünsüzlüyünə də diqqət çəkib: “Sülh yolu ilə nizamlanma birtərəfli deyil. Müəyyən mərhələdə tərəflərin yollarının kəsişməsi lazımdır, lakin bunun üçün şərait uyğun olmalıdır”.
Stubbun fikrincə, Ukrayna böhranının sülh yolu ilə həllinə yalnız döyüş meydanında nail olmaq olar. “Acı həqiqət budur ki, sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır”, – deyə Finlandiya Prezidenti əlavə edib.

Dünya 2024-04-08 02:55:00