×
A
A
A
Sazlamalar

Misir Rəfah keçidi vasitəsilə Qəzzaya humanitar yardım maşınlarının sayını artıracaq

Bakı, 8 aprel, AZƏRTAC

Misir hakimiyyəti Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olan humanitar yardım maşınlarının sayını gündə 300-ə çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan deyib.
Xidmət rəhbəri qeyd edib ki, ötən ilin oktyabr ayından bəri Fələstin anklavından Misirə 66 min 759 əcnəbi vətəndaş və ikili vətəndaş daxil olub və 3 min 764 yaralı Qəzzadan müalicə olunmaq üçün Misir xəstəxanalarına köçürülüb.

Dünya 2024-04-08 06:55:00