×
A
A
A
Sazlamalar

Pakistanda bazarda partlayış törədilib

Bakı, 8 aprel, AZƏRTAC

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bazarda bomba partlaması nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə əyalətin Kuzdar rayonunda motosikletə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılar arasında iki polis əməkdaşı da var.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Dünya 2024-04-08 11:01:00