×
A
A
A
Sazlamalar

Son iki gündə Xankəndidə aşkarlanan silah və sursatların sayı açıqlanıb

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 6-da və 7-də polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat tədbirləri keçiriblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Son iki gündə ərazidən 10 müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 müxtəlif çaplı patron və digər sursatlar aşkarlanaraq götürülüb.

 

Cəmiyyət 2024-04-08 10:18:00