×
A
A
A
Sazlamalar

Ötən sutka ərzində 27 halda yanğına çıxış olub, iki nəfər xilas edilib

Bakı, 8 aprel, AZƏRTAC

Ötən sutka ərzində 27 yanğına çıxış olub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin partlayış zamanı 3 nəfər xəsarət alıb.

Cəmiyyət 2024-04-08 11:45:00