×
A
A
A
Sazlamalar

“Sea Shield 24” təlimləri aprelin 8-dən 21-dək Rumıniyada keçiriləcək

Buxarest, 6 aprel, AZƏRTAC

Rumıniya Hərbi Dəniz Qüvvələri aprelin 8-dən 21-dək “Sea Shield 24” çoxmillətli təlimlərini keçirəcək.
AZƏRTAC Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimlərdə 12 NATO üzvü və tərəfdaş ölkə (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) iştirak edəcək.
“Sea Shield 24” bu il Rumıniya Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi ən əhatəli təlim olaraq ölkənin maraqlarını regional və beynəlxalq miqyasda təşviq etməyə, həmçinin iştirakçı dövlətlərin hərbi dəniz qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa yönəlib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2024-04-06 17:57:00