×
A
A
A
Sazlamalar

Nigeriyada naməlum silahlılar 25 nəfəri öldürüb

Bakı, 6 aprel, AZƏRTAC

Nigeriyanın Kogi əyalətində bir qrup naməlum silahlının yerli icmaya hücumu nəticəsində azı 25 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, silahlılar Kogi şəhərinin Omala bölgəsindəki Aqojeju-Odo icmasına hücum edib. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
İcma lideri hökuməti gələcək hücumların qarşısını almaq üçün bölgəyə daha çox qoşun yerləşdirməyə çağırıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Dünya 2024-04-06 16:28:00