×
A
A
A
Sazlamalar

Dörd ölkə mübahisəli dənizdə birgə təlimlər keçirəcək

Bakı, 6 aprel, AZƏRTAC

ABŞ, Avstraliya, Yaponiya və Filippin Cənubi Çin dənizində birgə təlimlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, təlimlər Pekinin iddia etdiyi mübahisəli dənizdə ABŞ Prezidenti Co Baydenin Filippin və Yaponiya liderləri ilə ilk üçtərəfli Zirvə görüşündən bir neçə gün əvvəl baş tutacaq.
Birgə bəyanatda bildirilir ki, birləşmiş müdafiə qüvvələri aprelin 7-də Filippin Eksklüziv İqtisadi Zonası daxilində təlim keçirəcəklər. “Dəniz Kooperativ Fəaliyyəti” adlanan təlimlərdə dörd ölkənin dəniz və hava qüvvələrinin bölmələri iştirak edəcək. Yaponiyanın Maniladakı səfirliyi manevrlərə sualtı qayıqlara qarşı döyüş hazırlığının da daxil ediləcəyini açıqlayıb.
Bu arada Avstraliyanın “HMAS Warramunga” hərbi gəmisi Filippinin Palavan adasına gəlib.
Qeyd edək ki, təlim Çin və Filippin gəmiləri arasında son aylarda Cənub-Şərqi Asiya ölkəsi yaxınlığında təkrarlanan qarşıdurmalardan sonra keçirilir. Pekin uzun müddətdir dəniz ərazi mübahisələrinin yaşandığı su yolunda gərginliyin artırılmasında Manilanı günahlandırır.

 

Dünya 2024-04-06 12:01:00