×
A
A
A
Sazlamalar

AzMİU-da “Məzunlarımızı tanıyaq” layihəsi çərçivəsində ilk görüş

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Məzunlarımızı tanıyaq” adlı layihəyə start verilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. THİK sədri Şahmar Rəfili qeyd edib ki, layihə tələbələrə məzunları tanıtmaqla yanaşı, istehsal sahəsindən gələn mütəxəssislərlə tələbələr arasında sağlam mühit formalaşdıracaq, peşə motivasiyalarını yüksəldəcək.
Layihənin ilk qonağı AzMİU-nun Tikinti-iqtisad fakültəsinin məzunu, biznes və maliyyə savadlılığı üzrə peşəkar təlimçi, “Rodoos Training and Consulting” şirkətinin təsisçi və direktoru Rafət Şirəliyev olub. Auditoriya qarşısında çıxış edən Rafət Şirəliyev uğur hekayəsini və bu yolda qazandığı təcrübələri tələbələrlə bölüşüb, təhsil illərini, ona dərs deyən müəllimlərini yada salıb.
Məzunlar və tələbələrimiz arasında körpü yaratmağa, öz ixtisası üzrə uğurlu gənclərin tanıdılmasına xidmət edən görüş Rafət Şirəliyevin dəyərli fikir və məsləhətləri ilə yadda qalıb.
Qeyd edək ki, layihə çərçivəsində mütəmadi olaraq tələbələrlə AzMİU məzunlarının görüşü təşkil ediləcək.

Elm və təhsil 2024-04-06 11:45:00