×
A
A
A
Sazlamalar

Orskda bəndin dağılması nəticəsində 600-ə yaxın evi su basıb

Bakı, 6 aprel, AZƏRTAC

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bəndin uçması nəticəsində 600-ə yaxın evi su basıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
Daşqın zonasından sakinlərin təxliyyəsi davam edir.
“Xilasedicilər qayıqlardan istifadə etməklə insanları çıxarırlar. 12 müvəqqəti yerləşdirmə mərkəzində 73-ü uşaq olmaqla, 230-a yaxın insan var", - məlumatda deyilir.
Hadisə yerində 530-dan çox mütəxəssis, 125 texnika və 75 qayıq var.
4 mindən çox ev və 11 minə yaxın sakin daşqın zonasındadır. Şəhərin üç rayonundan ikisi - Leninski və Sovetski təxliyə edilir.
Daşqına görə, Orenburq vilayətində fövqəladə vəziyyət rejimi elan olunub.

 

Dünya 2024-04-06 09:16:00