×
A
A
A
Sazlamalar

VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçiriləcək

Bakı, 5 aprel, AZƏRTAC

Mayın 2-3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, hibrid formatda təşkil olunacaq konfrans tələbələrə sosial və iqtisadi sahədə araşdırmalarını paylaşmaq üçün platforma rolunu oynayacaq. Konfransda müxtəlif mövzuları əhatə edən sessiyalar, panel müzakirələri və interaktiv seminarlar təşkil olunacaq.
Ətraflı məlumat və qeydiyyat üçün linkə daxil olmaq lazımdır.

Elm və təhsil 2024-04-05 20:02:00