×
A
A
A
Sazlamalar

Nazir müavini Firudin Qurbanov Goranboy və Naftalan sakinləri ilə görüşüb

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy rayonunda vətəndaşlarla görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Goranboy şəhəri “Şəhidlər” xatirə-abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Daha sonra nazir müavini Goranboy Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Goranboy və Naftalan sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Elm və təhsil 2024-04-05 19:29:00