×
A
A
A
Sazlamalar

Aktiv ƏDV ödəyicilərinin sayı 4 faizədək artıb

Bakı, 5 aprel, AZƏRTAC

Bu il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 faiz artaraq 768,1 minə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 47,5 min təşkil edib.
Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 205 min olub.

 

İqtisadiyyat 2024-04-05 16:53:00