×
A
A
A
Sazlamalar

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Bakı, 7 may, AZƏRTAC

Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən 40 layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM) layihəsinə uyğunlaşdırılıb. Bu layihələr Azərbaycanda reallaşdırılsa da beynəlxalq əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.
O bildirib ki, 2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında 4 əsas sahəyə sərmayə qoyulması nəzərdə tutulub.
“Bunlar yaşıl enerji, qida, infrastruktur və ekologiya sahələridir. Bu sahələrə dair hazırlanan layihələr və yatırılan investisiya da BMT-nin DİM proqramına uyğunlaşdırılıb”, - deyə H.Hüseynov vurğulayıb.
H.Hüseynov bildirib ki, Azərbaycan hökuməti prioritet hesab etdiyi 17 məqsəd, 88 hədəf və 119 göstərici üzrə dövlət proqramlarının, fəaliyyət planlarının və strateji sənədlərin DİM-in məqsəd və hədəfləri ilə uzlaşdırması istiqamətində ardıcıl iş aparır.

İqtisadiyyat 2024-05-07 12:39:00