×
A
A
A
Sazlamalar

Region Liqasında pley-off mərhələsinin püşkü atılıb

Bakı, 4 aprel, AZƏRTAC

AFFA Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, 1/8 və 1/4 final cütləri müəyyənləşib.

1/8 final

1. “Olimpiya” (Ağcabədi) – “Masallı”
2. “Göyçay” – “Göyəzən”
3. “Çinar Zəngilan” – “Lənkəran”
4. “Neftçala” – “Şimal”
5. “Mübariz FA” – “Ağstafa Gəncləri”
6. “Goranboy Qala” – “Hypers”
7. “Ümid” (Saatlı) – “Bərdə”
8. “Zəfər-44” – “Araz” (İmişli)

1/4 final

1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi
5-ci cütün qalibi – 6-cı cütün qalibi
7-ci cütün qalibi – 8-ci cütün qalibi

Yarımfinal, 3-cü yer uğrunda və final oyunu isə tək qarşılaşmadan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Qeyd edək ki, eyni zonadan iki komanda rəqib ola bilməz. Əgər püşkatma zamanı eyni zonadan iki klub bir-birinə rəqib çıxarsa, həmin komanda digər cütə keçirilir.
Bu gün baş tutan püşkatma mərasimində "Ümid Saatlı"nın rəqibi onunla eyni zonadan çıxdığı üçün, qaydalara uyğun olaraq digər cütə keçirilib.

 

İdman 2024-04-04 18:58:00