Deni Sassu-Nqesso: Azərbaycanın bərpaolunan enerji sahəsindəki zəngin təcrübəsindən yararlana bilərik
Bakı, 4 aprel, AZƏRTAC
Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.
“Bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik”, - deyə o əlavə edib.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir
Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir