×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Konservatoriyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb. Qərara əsasən, Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.
Qərara əsasən, “Azərbaycan Milli Konservatoriyasının Nizamnaməsi” təsdiq edilib. Elm və Təhsil Nazirliyinə bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Milli Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Elm və təhsil 2024-04-03 18:12:00