Yaz semestrində 4252 tələbə təhsil krediti alıb
Bakı, 3 aprel, AZƏRTAC
2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, yaz semestri ərzində 5571 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 528 nəfərin müraciəti natamam olub, 436 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 328 nəfərin müraciətinə imtina cavabı verilib, 227 nəfərin müraciəti isə banka yönləndirilib.
Yaz semestri üzrə 4252 nəfərə TTK verilib. Onların arasından 1276 nəfərin müraciəti sosial TTK, 2976 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi
“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar
ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə