×
A
A
A
Sazlamalar

Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda qüvvəsini sınayıb

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı D qrupunda mübarizə aparıb.
Atlet toplam 320 kiloqram (145+175) nəticə göstərib. Onun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kiloqram) 5-ci yeri tutub.
Yarışa aprelin 11-də yekun vurulacaq.

İdman 2024-04-03 11:50:00