Elnur Məmmədov: Ölkələrimiz arasında faydalı əməkdaşlıq, siyasi dialoq mövcuddur
Bakı, 2 aprel, AZƏRTAC
Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq, siyasi dialoq mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yunanıstanın Milli Günü münasibətilə aprelin 2-də Bakıda təşkil edilən rəsmi qəbulda səsləndirib.
E.Məmmədov diqqətə çatdırıb ki, iki ölkənin xarici işlər nazirləri mütəmadi görüşür, siyasi məsləhətləşmələr aparırlar.
Müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin aparıldığını diqqətə çatdıran diplomat bildirib ki, bunlardan ən əsası, təbii ki, neft, qaz layihələridir.
Vurğulayıb ki, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.
"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu il Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. İnanırıq ki, əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcək", - deyə nazir müavini qeyd edib.
Azər Əmiraslanov: Belarusda seçkilərə hazırlıq yüksək qiymətə layiqdir
Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir - Ekspert şərhi
Davos Forumu Azərbaycanın imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır RƏY
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb
Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY