×
A
A
A
Sazlamalar

Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində ilk turun oyunları baş tutub

Bakı, 2 aprel, AZƏRTAC

Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində ilk turun oyunları keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, turnirin açılış günündə Əmircan və Yeni Suraxanı qarşılaşması baş tutub. Yeni Suraxanı komandası üstünlüyünü qoruyaraq Əmircan komandasına 5:0 hesabı ilə qalib gəlib. Yarışın ikinci günündə Nardaran - Kürdəxanı (1:1), Maştağa - Pirşağı (2:2), Zabrat - Sabunçu (1:1), Mehdiabad - Görədil (1:1), Aşağı Güzdək - Məmmədli (2:2) komandaları arasında keçirilən görüşlərdə qalib müəyyənləşməyib. Balaxanı komandası Ramanaya qalib gəlib - 1:0.
Növbəti görüşlərdə Biləcəri Saraya 3:0 hesabı ilə qalib gəlib, Masazır komandası isə Binəqədiyə 0:7 hesabı ilə məğlub olub. Bülbülə və Hövsan - 1:1, Qala və Şağan - 2:2 komandaları arasında keçirilən görüşlər bərabər hesabla yekunlaşıb. Türkan Zirəyə 0:12 hesabı ilə məğlub olub. Qaraçuxur Əhmədli arasında keçirilən görüş Qaraçuxur komandasının qalibiyyəti ilə yekunlaşıb - 3:0. Keşlə və Günəşli arasında baş tutan görüş Günəşli komandasının 10:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Şüvəlan Buzovna komandaları arasında baş tutan oyun bərabər hesabla bitib -1:1. Binə və Mərdəkan komandaları arasında keçirilən görüşdə Mərdəkan komandası 4:1 hesabı ilə qalib olub.
Turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.

İdman 2024-04-02 15:57:00