×
A
A
A
Sazlamalar

Azərbaycan birinciliyində iştirak edəcək taekvondçuların sayı məlum olub

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan birinciliyində mübarizə aparacaq kiçik yaşlı taekvondçuların sayı məlum olub.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, üç gün davam edəcək və ilk dəfə keçiriləcək yarışda 362 (285 oğlan, 77 qız) idmançı qüvvəsini sınayacaq.
Qeyd edək ki, aprelin 3-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda start götürəcək birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək. Yarışlar hər gün saat 09:00-da start götürəcək.

İdman 2024-04-02 15:11:00