×
A
A
A
Sazlamalar

Çingiz Hüseynzadə: Bu gün Azərbaycan futbolunun ən önəmli günlərindən biridir

Bakı, 2 aprel, AZƏRTAC

"Bu gün Azərbaycan futbolunun ən önəmli günlərindən biridir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat-Seçki Konfransındakı çıxışı zamanı deyib.
O, Azərbaycan futbolunun inkişaf etdiyini bildirib: "Son illərdə isə "Qarabağ" komandası ölkəmizi Avropada layiqincə təmsil etməyi bacardı. İnanıram ki, futbolumuz daha da inkişaf edəcək".
Qeyd edək ki, Konfransda AFFA-nın yeni rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Qurumun hazırkı prezidenti Rövnəq Abdullayev öz namizədliyini irəli sürməyib.

İdman 2024-04-02 10:26:00