×
A
A
A
Sazlamalar

Maksim Medvedev: Azərbaycan çempionatında komanda sayının az olması ürəkaçan deyil

Bakı, 1 aprel, AZƏRTAC

“İstərdim ki, Azərbaycan Premyer Liqasında 16 komanda olsun”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.
34 yaşlı futbolçu bildirib ki, ölkə çempionatında komandaların sayının az olması ürəkaçan deyil: “Bu yaxınlarda bir komanda ilə ardıcıl üç oyun keçirdik. Bu, çox çətindir. Çünki nəyi təhlil edəcəyiniz belə, tam aydın olmur. İstərdim ki, Azərbaycan Premyer Liqasında komanda sayı olsun. Belə olarsa, liqamızdakı matçlar da maraqlı alınar”.
Azərbaycan millisinin sabiq üzvü yığmanın heyətində uğur qazana bilmədiyi üçün məyus olduğunu söyləyib: “Milli ilə ən yaxşı anlarım güclü rəqiblərə qarşı oynadığımız matçlardır. Tez-tez Almaniya və Portuqaliya seçmələri ilə qarşılaşırdıq. Azərbaycan Himninin başqa ölkələrdə səslənməsi, eləcə də bunu meydanda oxumaq xoşbəxtlikdir. Xüsusilə böyük komandalara qarşı oyunlarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışmışam”.
Qeyd edək ki, Maksim Medvedev Azərbaycan millisinin heyətində 2009-cu ildə debüt edib.

İdman 2024-04-01 16:24:00