“Telegram” kanalının sahibləri reklam gəlirlərinin yarısını ala biləcəklər
Bakı, 1 aprel, AZƏRTAC
“Telegram”da bu gündən etibarən 1000-dən çox abunəçisi olan kanal sahibləri dərc edilən reklamdan gəlirlərin 50 faizini əldə edəcəklər.
AZƏRTAC “Telegram”ın rəsmi səhifəsinə istinadla xəbər verir ki, monetləşmə kanal sahibləri üçün də tətbiq olunacaq.
“Onlar gəlirin 50 faizini ala biləcəklər və ödənişlər TON kriptovalyutasında həyata keçiriləcək. Amma bu funksiya bütün bölgələrdə işləməyəcək. İstifadəçi onu komissiyasız geri götürə və ya “Telegram Premium” abunəlikləri üçün reklamlar, kolleksiya ünvanları üçün ödəniş edə bilərlər”, - deyə məlumatda qeyd olunur.
İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar