×
A
A
A
Sazlamalar

2026-cı ilin birinci yarısından Ələt Azad İqtisadi Zonasında karqo terminalları istifadəyə veriləcək

Bakı, 1 aprel, AZƏRTAC

“2026-cı ilin birinci yarısından Ələt Azad İqtisadi Zonasında karqo terminalları istifadəyə veriləcək”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
V.Ələsgərov rumıniyalı investorları ƏAİZ-də fəaliyyət göstərməyə dəvət edib: “Bura Rumıniyadan sonra onlar üçün ən əlverişli yer olacaq. 2026-cı ilin birinci yarısından ƏAİZ-də istifadəyə veriləcək karqo terminallar vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq”.

İqtisadiyyat 2024-04-01 12:48:00