×
A
A
A
Sazlamalar

Naxçıvanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn sərgi açılıb

Naxçıvan, 31 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Zaman" adlı onlayn sərgi təşkil edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgidə 26 rəssam iştirak edir. Onlayn sərginin əsas məzmunu soyqırımları, müharibələri, qəhrəmanlarımızın şücaətini zaman-zaman öz tablolarında əks etdirən rəssamların əsərlərini təqdim etməkdir.

Sərgidə düşmən vandalizmini əsərlərində göstərən Bəhruz Kəngərlinin, döyüşçü rəssam İbrahim Safinin, Mehdi Hüseynzadənin, Zəfər xəbərini eşitmədən dünyasını dəyişən rəssamlarımızın əsərləri ilə yanaşı, müasir fırça ustalarının da əl işləri yer alıb.

Regionlar 2024-03-31 11:14:00