×
A
A
A
Sazlamalar

Gəncəyə dolu düşüb

Gəncə, 30 mart, AZƏRTAC
Gəncəyə dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 18:00 radələrində yağan güclü yağışdan sonra şəhərə dolu düşüb. Təxminən 5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.
Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Regionlar 2024-03-30 19:50:00