×
A
A
A
Sazlamalar

İsmayıllıda yol çöküb, gediş-gəliş çətinləşib VİDEO

İsmayıllı 30 mart, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllı-Lahıc avtomobil yolunda, Girdiman çayı üzərində olan körpünün torpaq qatına birləşən nöqtəsində çökmələr baş verib. Nəticədə iki zolaqlı yolun bir zolağının çiyin və torpaq yatağı, həmçinin asfalt qatı sürüşməyə məruz qalıb.
Bu səbəbdən avtomobillərin gediş gəlişində müəyyən çətinliklər yaranıb. Hazırda yolun hərəkət hissəsinin bir zolağı ilə minik avtomobilləri keçid etsələr də yük və digər ağır texnikaların körpüdən hərəkəti məhdudlaşdırlıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, yolda sürüşməyə səbəb son günlər yağan yağışlardan sonra çaylarda suyun artması və gələn sel sularının yolun bir hissəsini yuması olub. “Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Əraziyə canlı qüvvə və ağır texnika cəlb edilib. Ən qısa zamanda ortaya çıxan çətinlik aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək.

Regionlar 2024-03-30 19:46:00

Video