×
A
A
A
Sazlamalar

Biləsuvarda qanunsuz ağac kəsən şəxslər barəsində tədbir görülüb

Biləsuvar, 30 mart, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri nəzarət tədbiri zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar şəhəri ərazisində yaş halda tut ağacını kəsərək təbiətə ziyan vuran şəxslərin E.Cabbarlı və S.Əliyev olduqları müəyyən edilib.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

 

Regionlar 2024-03-30 14:21:00