×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində 2700 metrlik yeni içməli su xətti çəkilir

Naxçıvan, 30 mart, AZƏRTAC

Naxçıvan şəhərinin Əliabad qəsəbəsindən başlayaraq “Duzdağ” otel, “N” saylı hərbi hissə və Dövlət Yol Polisi İdarəsinin inzibati binaları istiqamətində mövcud olan və istismar müddətini keçmiş su borularının yenilənməsi həyata keçirilir.
Naxçıvan Su-kanalizasiya İdarəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görülən işlər çərçivəsində həmin əraziləri əhatə edən 2700 metr məsafədə yeni içməli su xəttinin çəkilişi uğurla aparılır. Bundan əlavə, su ehtiyatının daha da artırılması məqsədilə idarə tərəfindən “Didivar kaptajı” ərazisində 3 ədəd artezian quyusu qazılıb və qısa müddətdə istismara verilməsi nəzərdə tutulur.

 

 

Regionlar 2024-03-30 14:17:00