×
A
A
A
Sazlamalar

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub

Xırdalan, 30 mart, AZƏRTAC

Abşeron Olimpiya İdman Kompleksində "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildirilib ki, 26 komandanın iştirak etdiyi hərbi-idman oyununda I yerə Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası, ll yerə Saray qəsəbə 3 nömrəli tam orta məktəbin komandası, lll yerə isə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin komandası layiq görülüb.
Qaliblər regional idarənin fəxri fərman və kuboku ilə təltif olunub, həmçinin zona yarışlarına vəsiqə qazanıb.

Regionlar 2024-03-30 12:33:00