“Telegram”da yeni funksiyalar olacaq
Bakı, 29 mart, AZƏRTAC
Datamaynerlər (məlumatlarla işləyərək, onların axtarışını böyük kütləvi informasiyalarda həyata keçirən mütəxəssis – red.) “Telegram”ın son beta-versiyasında kanallarda reklamları dayandırmaq və başqa yeni funksiyaları üzə çıxarıblar. Mesencerdə olacaq yeniliklər barədə “Telegram” kanalının müəlliflərindən biri danışıb.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, “Telegram” kanallarının sahibləri 20 və daha yuxarı səviyyəyə çatdıqdan sonra öz kanallarında mesencerdə quraşdırılmış reklamı qeyri-aktiv edə biləcəklər. Bu, bütün abunəçilər üçün promosyon blokunun göstərilməsini aradan qaldıracaq. Monetləşmə kanal sahibləri üçün də tətbiq olunacaq. Onlar gəlirin 50 faizini ala biləcəklər və ödənişlər TON kriptovalyutasında həyata keçiriləcək. Amma bu funksiya bütün bölgələrdə işləməyəcək.
Mesencer istifadəçiləri profillərində doğum tarixini və şəxsi kanalını qeyd edə biləcəklər.
Biznes hesabları yaradan istifadəçilər bot inteqrasiyasına, həmçinin söhbətlər üçün “giriş”ə - müştərilərin biznes bölümünə yazmazdan əvvəl görə biləcəyi mesaja çıxış əldə edəcəklər.
İndiyə qədər yalnız mesencer kodunda nəzərəçarpacaq digər xüsusiyyətlərə stikerlərin idarə edilməsi üçün menyu, daha dərin məxfilik parametrləri daxildir ki, bu parametrlər vasitəsilə yalnız premium istifadəçilər istifadəçini kontaktlara əlavə edə və ya onu söhbətə dəvət edə, habelə botlar üçün biometrik məlumatlar və onlarla əlaqə yarada bilərlər.
Bu funksiyaların Android, iOS və PC-də “Telegram”ın stabil quruluşlarında nə vaxt görünəcəyi məlum deyil.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır