×
A
A
A
Sazlamalar

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Bakı, 29 mart, AZƏRTAC

Alimlər müəyyən ediblər ki, bir ay ərzində kifayət qədər yuxu alan insanlar özlərini təxminən 6 yaş cavan hiss edirlər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları bununla bağlı araşdırma aparıblar. Onlar kifayət qədər yuxu almaq və qəbul edilən yaşla yuxusuzluq arasındakı əlaqəni araşdırıblar.
Tədqiqat çərçivəsində 18-70 yaş arası 429 nəfərlə aparılan ilk araşdırmada insanlardan son bir ayda gecə kifayət qədər yuxu almadıqları və doymadığı günlərdə özlərini neçə yaş hiss etdikləri soruşulub. Nəticələr psixoloji tədqiqatda istifadə edilən standart miqyasa uyğun olaraq qiymətləndirilib. İlk araşdırma nəticəsində alimlər, insanların tam yuxu almadıqları hər gün üçün 3 ay qocaldıqlarını, son bir ayda tam yuxu alanların isə özlərini təxminən 6 yaş cavan hiss etdiklərini bildiriblər. İkinci araşdırmada 18-46 yaş arası 186 könüllü iki gün dalbadal 4 saat yatdıqda nə qədər yaşlı hiss etdikləri araşdırılıb. Müayinələr nəticəsində iki gün cəmi 4 saat yatan könüllülərin özlərini təxminən 4,5 yaş daha yaşlı hiss etdikləri müəyyənləşib.
Tədqiqatçılar səhər oyaq qalmağı sevənlər ilə gecə oyaq olmağı sevənlərin də yuxu itkisinə reaksiyalarının fərqli olduğunu müşahidə ediblər. Məlum olub ki, səhər insanlar az yatdıqda gecə yatanlardan daha yaşlı, 9 saat yatdıqda isə gənc hiss edirlər. İsveçdəki Karolinska İnstitutunun üzvü, həkim Leonie Balter yuxunun qocaların hisslərinə böyük təsir etdiyini ifadə edib. O, araşdırmanın əhəmiyyətinə diqqət çəkərək insanların özlərini daha gənc hiss etdirmələri təmin olunarsa, sosial və fiziki cəhətdən aktiv olacaqlarını və yeni təcrübələr yaşamaq üçün daha istəkli olacaqlarını diqqətə çatdırıb.

 

Dünya 2024-03-29 03:42:00