×
A
A
A
Sazlamalar

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

İstanbul, 28 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyədən Qəzza zolağına səkkizinci humanitar yardım gəmisi göndərilib.
AZƏRTAC xəbər verir ki, göyərtəsində yerləşdirilən 2 min 960 tonluq humanitar yardım vasitəsini Qəzzaya çatdıracaq gəmi Mersin Beynəlxalq limanından yola düşüb. Yardımlar Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə Vəqflər Baş İdarəsi tərəfindən hazırlanıb.
Qeyd edək ki, Türkiyə indiyədək Qəzzaya 13 təyyarə və yeddi gəmi vasitəsilə 39 min 607 ton humanitar yardım göndərib. Yardımlara gigiyena, geyim və qida məhsulları ilə yanaşı, səkkiz səhra xəstəxanası, 53 təcili yardım maşını, 242 ton tibbi ləvazimat da daxildir.

Dünya 2024-03-28 18:31:00