×
A
A
A
Sazlamalar

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Tbilisi, 28 mart, AZƏRTAC

Ötən il Gürcüstanda 22 min 275 nikah qeydə alınıb ki, bu da 2022-ci ilin müvafiq göstəricisindən 14,5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bununla yanaşı boşanmaların sayında da azalma baş verib. Belə ki, 2023-cü ildə 13 min 664 boşanma faktı qeydə alınıb, bu da əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,1 faiz azdır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-03-28 15:42:00