Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb
Bakı, 28 mart, AZƏRTAC
Çində iki min kilometrdən uzaq məsafədəki hava hədəflərini vura bilən idarəolunan zenit raketi hazırlanıb.
AZƏRTAC “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, uzunluğu 8 metr, çəkisi 2,5 ton olan yeni raket mobil qurğulardan buraxıla biləcək. O, uzaq məsafədə uçan radiolokasiya təyyarələrini və bombardmançıları vurmaq üçün nəzərdə tutulub.
Raketin xarici görünüşü barədə dolğun məlumatlar olmasa da, onun iki il əvvəl hazırlanmış “Feitian-1” hipersəs raketinə bənzədiyi güman edilir.
Çinli ekspertlərin sözlərinə görə, yeni raket hələ ÇXR ordusunun arsenalına daxil edilməyib, lakin “qlobal və regional miqyasda sülh və sabitliyin qorunması üçün vacibdir”.
Qeyd edək ki, hazırda dünyanın ən mükəmməl zenit raketlərinin uçuş məsafəsi bir neçə yüz kilometrdən çox deyil. Uzun mənzilli silahlardan istifadə zamanı hədəf təyinatını təmin etmək problem yaradır. Çinli alimlər bu problemi kəşfiyyat peyklərinin köməyi ilə həll etməyi planlaşdırırlar.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır