×
A
A
A
Sazlamalar

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Qusar, 28 mart, Elxan Yusifli, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrı Turqut Özakmanın “Adət” tamaşası ilə Teatr Xadimləri İttifaqının səhnəsində paytaxt tamaşaçıları qarşısında çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində təqdim olunub.
Əsərdə iki ailə arasında uzun illər boyu baş vermiş qan davasının acı nəticələrindən bəhs edilir. Bu ədavətə son qoya biləcək yeganə çıxış yolu isə sevgidir.
Əsərin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Tamaşada Şəkufə Mirzəğayeva, Bağır Əhmədov, Rəhilə Hacıbəyova, Sədaqət Əlimuradova və başqa aktyorlar rol alıb.

 

Regionlar 2024-03-28 11:44:00