Seulda avtobus sürücülərinin tətili başlayıb
Bakı, 28 mart, AZƏRTAC
Seulda avtobus sürücülərinin həmkarlar ittifaqının üzvləri saatlıq əməkhaqqının 12,7 faiz artırılması tələbi ilə tətilə başlayıblar.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, martın 28-nə planlaşdırılan aksiya şəhər marşrutlarının 97,6 faizinə təsir edib.
Dünən səhərədək davam edən danışıqlarda sürücülər və rəhbərlik razılığa gələ bilməyib. Sərnişindaşıma kompaniyaları son beş ildə inflyasiya səviyyəsini nəzərə alaraq sürücülərin tələbini əsassız hesab edirlər. Bu, 2012-ci ildən bəri ictimai nəqliyyat sürücülərinin ilk ümumi tətilidir.
Sürücülərin həmkarlar ittifaqının 65 kompaniyada çalışan 18 minə yaxın üzvü var. Aksiya şəhərdaxili marşrutlarda istifadə olunan 7 min 210 avtobusa təsir edib. Hakimiyyət orqanları buna cavab olaraq metro qatarlarının hərəkət intensivliyini artırıb.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır