×
A
A
A
Sazlamalar

Bayram günlərində Naftalana 3500-dən çox turist gəlib

Naftalan, 27 mart, AZƏRTAC

Naftalanda yerləşən müasir otel və istirahət mərkəzləri bayram günlərində 3500-dən çox yerli və xarici turistə xidmət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən məlumat verilib.
Naftalan şəhəri həm müalicəvi neftinə, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə il boyu turistləri özünə cəlb etməkdədir. Yerli və xarici turistlər bayram günlərini beynəlxalq turizm mərkəzi Naftalanda qarşılamağa üstünlük verirlər.
Qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün bayram günlərində otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, milli adət-ənənəmizi özündə əks etdirən tədbirlər təşkil olunub, novruz atributları ilə hazırlanmış əyləncəli şou proqramlar təqdim edilib.

 

 

Regionlar 2024-03-27 13:15:00