×
A
A
A
Sazlamalar

Media: Cozef Bayden seçkiləri uduzmaqdan qorxur

Bakı, 27 mart, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində məğlubiyyətdən ehtiyatlanır və məsləhət almaq üçün Ağ evin sabiq rəhbəri Barak Obamaya zəng edir.
AZƏRTAC “New York Times” (NYT) qəzetinə istinadla xəbər verir ki, prezident seçkiləri yaxınlaşdıqca Cozef Bayden mütəmadi olaraq Barak Obama ilə əlaqə saxlayaraq seçki kampaniyası barədə onunla məsləhətləşir.
ABŞ dövlət başçısının köməkçilərindən birinin sözlərinə görə, Barak Obama Cozef Baydenin uduzmasından “həmişə narahat olub” və bu səbəbdən onu dəstəkləməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatların hazırkı lideri hələ 2016-cı il seçkilərində Donald Trampa rəqib olmaq istəmədiyi üçün yerini Ağ evin daha güclü namizəd hesab etdiyi Hillari Klintona vermişdi.
Donald Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün artıq lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Cozef Bayden isə bunun üçün Demokratlar partiyasında kifayət qədər dəstəyə malikdir.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub.

 

 

Dünya 2024-03-27 13:12:00