×
A
A
A
Sazlamalar

“Bloomberg”: Makronun açıqlaması ABŞ rəsmilərini qəzəbləndirib

Kiyev, 27 mart, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı açıqlaması ABŞ rəsmilərini qəzəbləndirib və anonim olaraq belə bir addımın hətta Moskva ilə toqquşma təhlükəsi yarada biləcəyini deyirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg”in məlumatında bildirilib.
Agentlik qeyd edir ki, Britaniya artıq Avropa İttifaqında olmaması və Almaniya hökumətində fikir ayrılığı səbəbindən Makron qitənin xarici siyasətdə faktiki fiquruna çevrilib. Lakin Makronun bütün müttəfiqləri onun maraqlarının ən yaxşı müdafiəçisi olduğuna əmin deyillər.
Xüsusilə Makronun bəyanatı Almaniya Kansleri Olaf Şolts tərəfindən dərhal qınağa səbəb olub.
Digər anonim məmurlar hesab edirlər ki, Makronun bəyanatı əməliyyat təhlükəsizliyi baxımından da o qədər də məntiqli deyil.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-03-27 13:03:00