×
A
A
A
Sazlamalar

Rusiyada terror hadisəsi zamanı xəsarət alanların sayı 360-a çatıb

Moskva, 27 mart, AZƏRTAC

“Crocus City Hall” konsert zalında terror aktı nəticəsində xəsarət alanların sayı 360 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Rusiya Qəzalar Tibbi Mərkəzi tərəfindən açıqlanıb.
Məlumata görə, hazırda tibb müəssisələrində ümumən 83 nəfər müalicə olunur. Moskva xəstəxanalarından 34 nəfər evə buraxılıb, daha 60 nəfərin müalicəsi davam etdirilir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-03-27 12:54:00