×
A
A
A
Sazlamalar

Füzulidə daha 35 ailəyə mənzillərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Füzuli, 27 mart, AZƏRTAC

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 35 ailə olmaqla, 134 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Yeni köçən ailələrə ANAMA əməkdaşları tərəfindən, mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.
Ailələr mənzillərinin açarlarını təhvil alaraq, Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 631 ailə olmaqla, 2379 nəfərin daimi məskunlaşması təmin edilib.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.


12:11

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni işğalından azad olunan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 35 ailə olmaqla, 134 nəfər Füzuli sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Füzuli şəhərində 631 ailənin, yəni 2379 nəfərin məskunlaşması təmin edilib.

Regionlar 2024-03-27 12:57:00