×
A
A
A
Sazlamalar

Kakaonun qiyməti tarixi maksimuma çatıb

Bakı, 26 mart, AZƏRTAC

Nyu-York birjasında kakao dənələrinin 1 tonunun qiyməti 9000 dolları keçib.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu qiymət kakao üçün tarixi maksimumdur. Bu məhsul həftə ərzində 5 faiz, il ərzində 50 faiz bahalaşıb. İlk dəfə olaraq kakao misdən baha satılıb.
Analitiklər qiymət artımını Qərbi Afrikadakı əlverişsiz hava şəraiti ilə izah edirlər. Məhsul qıtlığının yaxın aylarda şokolad qiymətlərinə təsir edəcəyi bildirilir.

Dünya 2024-03-26 07:00:00