×
A
A
A
Sazlamalar

Vatikanda təhlükəsizlik tədbirləri gücləndirilib

Vatikan, 26 mart, AZƏRTAC

İtaliya polisi Vatikanın Müqəddəs Pyotr meydanında və ətrafında həssas hesab olunan ərazilərdə sayıqlıq səviyyəsini artırıb və təhlükəsizlik tədbirlərini gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu addım Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə Pasxa bayramı ərəfəsində mümkün təhlükələr nəzərə alınaraq atılıb.
İtaliya Daxili İşlər Nazirliyi Pasxa bayramının yaxınlaşması ilə əlaqədar olaraq ölkədə təhlükəsizlik tədbirlərini və nəzarəti gücləndirib. Məqsəd insanların və turistlərin təhlükəsizliyini təmin etmək və anomal hesab olunan hər hansı vəziyyəti dərhal aşkarlamaqdır. Təhlükəsizlik qüvvələri və kəşfiyyat bölmələri İtaliya ərazisində hər hansı riskli vəziyyətin aşkar edilməsi üçün internet resursları da daxil olmaqla bütün sahələrdə monitorinq fəaliyyətlərini artırıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Dünya 2024-03-26 05:19:00