Yeni 2 avroluq xatirə sikkəsi hazırlanıb
Bakı, 26 mart, AZƏRTAC
Paris zərbxanası Yay Olimpiya Oyunlarına həsr edilmiş sikkə hazırlayıb.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, xatirə sikkəsinin 14 milyon ədəd istehsal olunması nəzərdə tutulub. Dörd milyon ədədlik ilk partiya artıq ştamplanaraq Fransanın Maliyyə Nazirliyinə təhvil verilib.
İki avro nominallı sikkənin üzərində Eyfel qülləsi və idman tematikası əks olunub. Pulların bir qismi kolleksiyaçılar üçün nəzərdə tutulduğuna görə daha yüksək keyfiyyətlə hazırlanacaq.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır