×
A
A
A
Sazlamalar

“Crocus City Hall” mərkəzində terror aktı nəticəsində ölənlərin sayı 139-a çatıb

Moskva, 25 mart, AZƏRTAC

“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin terror aktı ilə əlaqədar keçirdiyi müşavirədə məlumat verib.
O bildirib ki, faciə zamanı ölənlərin sayı 139 nəfərə çatıb. Onlardan 40-ı odlu silahdan aldıqları xəsarət nəticəsində, 45-i isə yanğında həlak olub
Bastrıkinin sözlərinə görə, ölənlərdən 75 nəfərin kimliyi müəyyən edilib.
Rusiya hökuməti sədrinin müavini Tatyana Qolikova terror aktı zamanı xəsarət almış 52 nəfərin xəstəxanadan buraxıldığını, 93 nəfərin, o cümlədən 5 uşağın hazırda müalicəsini davam etdirdiyini deyib.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-03-25 22:36:00